İş yerində enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu

29-05-2019
EU4Energy: İş yerində enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu
EU4Energy: İş yerində enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu

Enerjinin səmərəliliyi Aİ üçün prioritet sahələrdən biri olduğu üçün bu qurum Şərq Tərəfdaşlığı regionunda enerjidən istifadəni azaltmağa və enerjinin səmərəliliyinin təşviqinə yönəlmiş bir sıra təşəbbüslərə maliyyə dəstəyi göstərir.
İş yerinin enerjiyə qənaət baxımından səmərəli olmasına sərmayə yatırmaqla, enerji haqlarının azaldılması istiqamətində iri və uzunmüddətli nəticələr əldə edə bilərsiniz. Əhəmiyyətli miqdarda sərmayə ixtisaslaşmış səriştə tələb etdiyindən, binanın zəif cəhətlərinin müəyyənləşdirilməsi və adı çəkilən zəif cəhətlərin iqtisadi cəhətdən ən səmərəli yolla aradan qaldırılması məqsədilə enerji auditi həyata keçirən mütəxəssisə müraciət edin.