VCT ÖLÇÜ MEYARI: Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti mühitinin qiymətləndirilməsi (Azərbaycan, 2020)

31-12-2020
VCT ÖLÇÜ MEYARI: Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti mühitinin qiymətləndirilməsi (Azərbaycan, 2020)
VCT ÖLÇÜ MEYARI: Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti mühitinin…

Bu hesabat, Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) üçün əlverişli mühitin qiymətləndirilməsi üzrə 2019-cu ildə hazırlanmış "VCT ölçü meyarı" hesabatının yenilənmiş versiyasıdır və 2019-cu ilin oktyabrından 2020-ci ilin iyul ayına qədər olan dövr ərzində baş verən dəyişiklikləri əhatə edir.

VCT ölçü meyarı Aİ-nin altı Şərq tərəfdaşlığı ölkəsində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyəti mühitini qiymətləndirmək üçün hazırlanmış bir vasitədir.

VCT ölçü meyarı, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Qeyri-Kommersiya hüququ üzrə Avropa Mərkəzi və Şərq Tərəfdaşlığı ölkələrindən olan bir qrup qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən “İrəliləyişlərin monitorinqi, fəaliyyətin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

Tədqiqat metodlarına hüquqi aktların təhlili, mövcud tədqiqatlar və digər sənədlər və materiallar, VCT-lərin iştirakı ilə hədəf qrupları ilə müzakirələr, ekspert görüşləri və VCT onlayn sorğusu daxildir.