
2009-cu ildə birgə siyasi təşəbbüs kimi icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və onun altı şərq qonşusu (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) arasında əlaqələri dərinləşdirməyə və gücləndirməyə yönəlmişdir. Sözügedən çərçivədə bütün tərəfdaşlar regionda yaşayan vətəndaşların gündəlik həyatında hiss ediləcək faydalar nümayiş etdirmək və vermək öhdəliyini öz üzərlərinə götürüblər.