Rəy Sorğusu 2019: Regional icmal

03-07-2019
İctimai rəy sorğusu 2019: Regional icmal İngilis dilində hesabat
İctimai rəy sorğusu 2019: Regional icmal İngilis dilində hesabat

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2019-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Şərqi tərəfdaş ölkələrin vətəndaşlarının 52%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdirlər. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən 7% yüksəkdir.
  • ŞT ölkələrin vətəndaşlarının 67%-i öz ölkələri ilə Aİ arasında əlaqələrin "yaxşı" olduğunu düşünür.
  • ŞT ölkələrin vətəndaşlarının 54%-i Aİ-nin ölkəsinə göstərdiyi maliyyə dəstəyindən xəbərdardır və onların 50%-i həmin dəstəyin səmərəli olduğunu düşünür. Bu göstərici 2016-cı il ilə müqayisədə 7% yüksəlmişdir.
  • Aİ-nin maliyyə dəstəyindən xəbərdar olan ŞT ölkələrin vətəndaşlarının yarıdan çoxu (53%) Aİ tərəfindən ölkələrində maliyyələşdirilən xüsusi proqramlardan azı birini tanıya bilir. Burada 2017-ci il ilə müqayisədə 18% əhəmiyyətli dərəcədə artım qeydə alınmışdır.
  • Avropa İttifaqı ən çox etibar edilən beynəlxalq qurumdur və ŞT ölkələrinin vətəndaşlarının əksəriyyətinin (58%) etibar etdiyi yeganə beynəlxalq təşkilatdır.

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.

Ölkələr üzrə hesabatlar və məlumat bülletenlərini aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

Ermənistan

Azərbaycan

Belarus

Gürcüstan

Moldova

Ukrayna

Aİ ilə Şərqi tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumat əldə etmək üçün müvafiq ölkənin adına klikləyin: ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova, və Ukrayna.