Rəy Sorğusu 2019: Azərbaycan

03-07-2019
İctimai rəy sorğusu 2019: İngilis dilində Azərbaycana dair hesabat
İctimai rəy sorğusu 2019: İngilis dilində Azərbaycana dair hesabat

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2019-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Azərbaycan vətəndaşlarının 46%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2018-ci il ilə müqayisədə 7% artmışdır. Əhalinin cəmi 8%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
  • Azərbaycanlıların 28%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır,  onların 70%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
  • Azərbaycanlıların 74%-i Avropa İttifaqı ilə əlaqələrin yaxşı olduğunu düşünür və bu rəqəm 2018-ci il ilə müqayisədə 9% yüksəlmişdir.
  • Azərbaycan vətəndaşlarının 75%-i Aİ-ni aşağıda göstərilən şəxsi dəyərləri ilə əlaqələndirir: "sülh, təhlükəsizlik və sabitlik"; "dürüstlük və şəffaflıq"; "iqtisadi rifah"; "söz azadlığı"; "insan hüquqları"; "qanunun aliliyi" və s.

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.

2018-ci ildə aparılan ictimai rəy sorğusunun nəticələri və regional icmal ilə burada tanış ola bilərsiniz. 

Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.