Rəy Sorğusu 2018: Regional icmal

10-07-2018
İctimai rəy sorğusu 2018: Regional icmal İngilis dilində hesabat
İctimai rəy sorğusu 2018: Regional icmal İngilis dilində hesabat

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2018-ci ildə keçirilən rəy sorğusuna əsasən, Aİ-nin Şərq Qonşuluğu ölkələrində vətəndaşların demək olar ki, yarısı (46%) Avropa İttifaqı haqqında müsbət təsəvvürə malikdir. Müqayisə üçün qeyd edək ki, Aİ haqqında mənfi təsəvvürə malik olanların sayı cəmi 13%, öz ölkələrinin Aİ ilə münasibətinin yaxşı olduğunu düşünənlərin sayı 63% təşkil edir. Ötən illə müqayisədə, Aİ haqqında ümumi təsəvvürə malik vətəndaşların sayında dəyişiklik yoxdur.

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:

  • Aİ haqqında ümümi təsəvvür
  • Aİ ilə bağlı dəyərlər
  • Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
  • Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun səmərəliliyinin qiymətləndirilməsi
  • Məlumat mənbələri
  • Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər

Ölkələr üzrə hesabatlar və məlumat bülletenlərini aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

Ermənistan

Azərbaycan

Belarus

Gürcüstan

Moldova

Ukrayna

Aİ ilə Şərqi Tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan öyrənə bilərsiniz: ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova, və Ukrayna