Rəy Sorğusu 2017: Regional icmal

30-10-2017
Rəy Sorğusu 2017: Regional icmal
Hesabat İNG

Aİ-nin Şərq qonşuluğu layihəsi ACT LLC ilə əməkdaşlıq edərək, hər il Aİ-nin altı şərq tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2017-ci il rəy sorğusuna əsasən, Aİ-nin Şərq Tərəhdaşlığı ölkələrində vətəndaşların demək olar ki yarısı (44 %) Avropa İttifaqı haqqında müsbət fikirə malikdir. Müqayisə üçün qeyd edək ki, Aİ-yə mənfi yanaşanların sayı cəmi 13 % faiz olub. Vətəndaşların 61 %-i ölkələrinin Aİ ilə münasibətlərinin yaxşı olduğunu bildirib. Bu rəqəm, ötən ilki sorğunun nəticələrinə uyğundur.

İllik rəy sorğularının əsas məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:

  • Aİ haqqında ümümi təsəvvür
  • Aİ ilə əlaqələndirilən dəyərlər
  • Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
  • Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun effektivliyinin qiymətləndirilməsi
  • Məlumat mənbələri
  • Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər

Ölkələr üzrə hesabatlar və məlumat bülletenlərini aşağıdakı linklərdən əldə edə bilərsiniz:

Aİ ilə Şərq Tərəfdaş ölkələri arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumat əldə etmək üçün: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, MoldovaUkrayna