"Mədəni inkişaf strategiyalarının hazırlanmasında Şərq Tərəfdaşlığı ölkələrində paytaxt olmayan böyük və kiçik şəhərlərə dəstək" mövzusunda qrant layihələrin hazırlanmasına dair təlimatlar

09-06-2021
"Mədəni inkişaf strategiyalarının hazırlanmasında Şərq Tərəfdaşlığı ölkələrində paytaxt olmayan böyük və kiçik şəhərlərə dəstək" mövzusunda qrant layihələrin hazırlanmasına dair təlimatlar
"Mədəni inkişaf strategiyalarının hazırlanmasında Şərq Tərəfdaşlığı ölkələrində…

Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan EU4Culture layihəsi "Mədəni inkişaf strategiyalarının hazırlanmasında Şərq Tərəfdaşlığı ölkələrində paytaxt olmayan böyük və kiçik şəhərlərə dəstək" mövzusunda qrant layihələrinin qəbuluna başlayıb.  Ərizəçilər üçün müvafiq təlimatlar dərc edib.

Layihənin məqsədi beş Şərq Tərəfdaşlığı ölkəsi olan Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada böyük və kiçik şəhərlərə dəstək olmaqdır.

Əvvəlcə hər bir Şərq Tərəfdaşlığı ölkəsində beş böyük və kiçik şəhərin seçilməsi, sonra həmin şəhərlərin mədəni inkişaf strategiyalarının işlənib hazırlanması məqsədilə maliyyə dəstəyi üçün müsabiqədə iştirakı nəzərdə tutulub.

Layihə konsepsiyalarının son qəbulu iyun ayının 30-dur.

Yeni icra olunmağa başlayan EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və yaradıcılıq sektorlarının inkişafına yönəlib.

Layihə qəbulu haqqında ətraflı məlumat