Evdə enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu

02-06-2019
Evdə enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu
Evdə enerjidən istifadənin azaldılmasına sərmayə qoyuluşu
Enerjinin səmərəliliyi Aİ üçün prioritet sahələrdən biri olduğu üçün bu qurum Şərq Tərəfdaşlığı regionunda enerjidən istifadəni azaltmağa yönəlmiş bir sıra təşəbbüslərə maliyyə dəstəyi göstərir. Mənzilinizin enerjiyə qənaət baxımından səmərəli olmasına sərmayə qoymaqla, daha az enerji haqları ödəyəcək, daha çox rahatlıq və dəyəri artan əmlaka sahib olacaqsınız. Əhəmiyyətli miqdarda sərmayə ixtisaslaşmış səriştə tələb etdiyindən, evinizdə enerji auditinin aparılması, mənzilin zəif cəhətlərinin müəyyənləşdirilməsi və adı çəkilən zəif cəhətlərin iqtisadi cəhətdən ən səmərəli yolla aradan qaldırılması üçün mütəxəssislə əlaqə saxlayın.