Aİ Şərq Tərəfdaşliği ölkələrində tədqiqat və innovasiyalara dəstək verir

20-09-2019
Aİ Şərq Tərəfdaşliği ölkələrində tədqiqat və innovasiyalara dəstək verir
Aİ Şərq Tərəfdaşliği ölkələrində tədqiqat və innovasiyalara dəstək verir

Tədqiqat və innovasiyalar məhsuldarlığın artırılmasına, daha çox iş yerlərinin açılmasına, rəqabət qabiliyyətinin yaxşılaşdırılmasına və iqtisadi inkişafın sürətləndirilməsinə kömək edir. Aİ bunu Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada fərdi şəxslərə, tələbələrə, tədqiqatçılara, şirkətlərə və təhsil ocaqlarına bir çox sahələrdə maliyyə dəstəyi təmin edən EU4Innovation təşəbbüsü çərçivəsində təbliğ edir. Aİ həmçinin tərəfdaş ölkələrin tədqiqat və innovasiyalar sahəsində müasirləşdirilməsi və rəqabət qabiliyyətlərinin artırılması məqsədilə yerli hökumətlərlə əməkdaşlıq edir.