Ai Biznes Mühiti Hesabati Azərbaycan 2019

22-06-2019
Ai Biznes Mühiti Hesabati Azərbaycan 2019
Ai Biznes Mühiti Hesabati Azərbaycan 2019

İşgüzar mühitə dair dördüncü illik sorğu Aİ-nin dəstəyi ilə Alman-Azərbaycan Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən aparılmışdır. 

Sorğunun məqsədi Azərbaycanda bizneslə məşğul olmaq üçün cari şəraiti qiymətləndirmək, islahatlardan əldə olunan əsas nailiyyətləri və mövcud problemləri vurğulamaqdan ibarətdir.

Hesabat Azərbaycanda fəallıq nümayiş etdirən 130 şirkətin rəyinə əsaslanır. Bu şirkətlər arasında müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik və orta ölçülü müəssisələr, eləcə də böyük şirkətlər var.

İşgüzar mühitin yaxşılaşdırılmasına yönəlmiş səylər Aİ-nin Azərbaycanla əməkdaşlığının ana xəttini təşkil edir.