Gənc Avropa Səfirləri şəbəkəyə yeni üzvlər dəvət etməklə Sevgililər gününü qeyd edirlər

14-02-2021
Photo: European Union
Photo: European Union

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üzrə Gənc Avropa Səfirləri (YEAs) təşəbbüsü bu il Sevgililər gününü sözügedən gənclər şəbəkəsinə yeni üzvlər dəvət etməklə qeyd edir.

YEAs təşəbbüsü üzvlərinə könüllülük proqramlarında iştirak, karyeranın qurulması və gənc liderlik mövzularında proqramlarda iştirak imkanlarını təklif edir. Müxtəlif onlayn və canlı tədbirlər vasitəsilə YEAs-lar yerli icmalarda gənclər arasında əməkdaşlığı inkişaf etdirir, qarşılıqlı anlaşma təmin edir və Aİ-nin və şərq qonşuları ilə münasibətlərinin formalaşmasına kömək edir.

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, o cümlədən Aİ-yə üzv dövlətlər və Birləşmiş Krallıqdan olan 16-26 yaş arası gənclər bu təşəbbüsdə iştirak edə bilərlər. 

2016-cı ildə fəaliyyətə başladığı gündən etibarən çoxlu sayda tələbələr, gənc mütəxəssislər və liderlər Gənc Avropa Səfirləri olaraq könüllü şəkildə yüzlərlə tədbir təşkil edib, beynəlxalq tədbirlərə qatılıb və Facebook sosial şəbəkəsində 8000-dən artıq üzvü olan Gənc Avropa Qonşuluğu şəbəkəsində iştirak ediblər.

Hal-hazırda, altı Şərqi tərəfdaşlıq ölkəsinin hamısında, 27 Avropa İttifaqına üzv dövlətdə və Birləşmiş Krallıqda 34-dən artıq müxtəlif millətləri təmsil edən fəal Gənc Avropa Səfirləri fəaliyyət göstərməkdədir.

YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında Aİ-nin "Açıq Qonşuluq" proqramının tərkib hissəsi olan "Aİ-nin Şərq Qonşuları" layihəsi çərçivəsində təsis edilmişdir. Keçən ilin noyabr ayında Aİ-nin "Açıq Qonşuluq" proqramının rəsmi olaraq başa çatmasından sonra təşəbbüsdə iştirak üzrə müraciətlər dayandırılıb. Bu ildən başlayaraq YEAs təşəbbüsü 2020-ci ildən 2024-cü ilədək həyata keçiriləcək Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramının tərkib hissəsidir.

Daha çox öyrən

YEAs təşəbbüsü və müraciət forması

Gənc Avropa Səfiri Azərbaycand