Avropa Təlim Fondu yaşıl iqtisadiyyata keçiddə bacarıqların rolunu nümayiş etdirən qabaqcıl təcrübə nümunələrinin qəbulu müddətini uzadıb

02-04-2021
Photo: European Union
Photo: European Union

The European Training Foundation (ETF) has extended the deadline for its call for examples of good practice on the role of skills in empowering the green transition, which will provide ideas and inspiration for education and training policy-makers and practitioners in the EU neighbourhood and beyond.Avropa Təlim Fondu (ETF) Aİ-yə qonşu ölkələrdə təhsil və təlim sahəsində çalışan qanunvericilər və təcrübəçilər üçün yeni ideya və ilham mənbəyi rolunu oynayacaq və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində bacarıqların rolu haqqında qabaqcıl təcrübə nümunələrinin qəbulu müddətini uzadıb. 

Fondun məqsədi, təhsil, təlim və bacarıqların inkişafının dayanıqlı, təmiz və karbon-neytral dairəvi iqtisadiyyat və cəmiyyətlər istiqamətində keçidə dəstəyinə dair hekayələr toplamaqdır. 

Aşağıdakı sahələrdə çalışan istənilən şəxs maraqlı hekayəsini paylaşa bilər: 

  • Yaşıl texnologiyalar və istehsal proseslərini tətbiq edən və işçilərinin bunları tətbiq etmək bacarıqlarını inkişaf etdirən müəssisələr;
  • Müəllim və təlimçiləri ətraf mühit məsələləri və yaşıl texnologiyalarla bağlı yeni biliklərlə təmin edən təlim təminatçıları;
  • Sənayə üzrə yaşıl texnologiyalar sahəsində bacarıqların inkişaf etdirilməsinə yönələn təlim standartlarının və ya təlim kurslarının həyata keçirilməsində iştirak edən sənaye sahələri və sektorlar;
  • Ətraf mühit haqqında məlumatlandırma proqramlarının hazırlanmasında, müxtəlif nazirliklər və dövlət qurumları arasında koordinasiya işində iştirak edən dövlət və özəl qurumlar;
  • İş yerlərinin təlim təminatı ilə uyğunlaşdırılması və yaşıl biznes imkanları barədə məlumatlılığın artırılmasında iştirak edən dövlət məşğulluq xidmətləri;
  • Yaşıllaşma proqramlarında iştirak edən məktəblər;
  • Yaşıl iqtisadiyyatın inkişafına çalışan dövlət və özəl əməkdaşlıqlar.

Seçilmiş ən yaxşı hekayələr ETF və UNESCO tərəfindən 2021-ci il 21-25 iyun tarixlərində təşkil olunacaq beynəlxalq konfransda nümayiş olunacaq.

Qeyd edək ki, ingilis, fransız və rus dilində olan müraciətlər 7 aprel 2021-ci il tarixinə qədər göndərilməlidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama