Avropa İttifaqı və UNICEF sosial media kampaniyasına başlayır

29-04-2021
Photo: European Union
Photo: European Union

Dünyada 897 milyon məktəbli pandemiya səbəbindən ənənəvi təhsildə fasilələrlə üzləşib. 

Təhsilin vacibliyini vurğulamaq məqsədilə Avropa İttifaqı və UNICEF sosial media vasitəsilə video kampaniyaya başlayır. 

Kampaniya çərçivəsində "Uşaqların ev tapşırığını yeni yetirməsi üçün 5 ipucu" adlı ilk video rolik hazırlanacaq. Bu video rolik övladlarının ev tapşırıqlarını yerinə yetirməyə sövq etməkdə çətinlik çəkən valideynlər üçün nəzərdə tutulub.

Kampaniyanın qanunvericilər daxil olmaqla dünyanın hər yerindən 100 milyon insanı əhatə edəcəyi gözlənilir. 

#EU4Children və #ForEveryChild heşteqli video roliklərdə dünyada uşaqların əyani təhsildə qarşılaşdıqları bəzi çətinliklər ön plana çəkiləcək, eləcə də  valideynlər üçün tövsiyələr veriləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama