Avropa İnvestisiya Bankı COVAX proqramına dəstəyini artırıb

14-05-2021
Photo: European Union
Photo: European Union

Mayın 12-də Avropa İnvestisiya Bankı (AİB) COVAX proqramı vasitəsilə COVID-19 virusuna qarşı peyvəndlərin paylanılmasına dəstək vermək məqsədilə daha 200 milyon avro ayırıb.

Məqsəd, "COVAX Advance Market Commitment" mexanizmi vasitəsilə COVID-19 virusuna qarşı peyvəndlərə çıxış imkanının genişləndirilməsidir. AİB keçən ilin dekabrında da COVAX proqramı üçün 400 milyon avro dəyərində maliyyə yardımı ayıraraq bu günə qədər ümumdünya səhiyyə sisteminə ən böyük dəstəyini nümayiş etdirmişdi.

Avropa Dayanıqlı İnkişaf Fondunun zəmanəti ilə təqdim olunacaq bu dəfəki maliyyə yardımı Team Europe təşəbbüsünün COVAX proqramına dəstəyini  artırmağı nəzərdə tutur.

Aİ COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanmasını, istehsalını və ədalətli bölüşdürülməsini sürətləndirmək üçün qlobal əməkdaşlıq proqramı olan COVAX-ın ən böyük dəstəkçilərindən biridir. COVAX proqramı vasitəsilə COVID-19 virusuna qarşı ilk peyvəndlər sözügedən proqramın peyvəndlərin paylanılması üzrə tərəfdaşı olan UNICEF-in köməyilə Azərbaycan daxil olmaqla Şərqi tərəfdaşlıq ölkələrinə çatdırılıb.

Sözügedən bankın son maliyyə yardımı, AİB-in ekoloji təmiz enerji istehsalını və paylanılmasını yaxşılaşdırmaq, şəhərlər, səhiyyə, təhsil və su təchizatı sahələrinə investisiyaları artırmaq və Aİ-də fəaliyyət göstərən müəssisələrin maliyyəyə çıxışını genişləndirmək məqsədi daşıyan 1,5 milyard avro həcmində maliyyə paketinin bir hissəsidir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

COVID-19: Avropa İttifaqı pandemiya dövründə Şərq Tərəfdaşlığı ölkələrinə necə kömək edir?