Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Şərq Tərəfdaşlığı ilə bağlı yeni planı təqdim etmək üçün Azərbaycana səfər edib

09-07-2021
Photo: European Union
Photo: European Union

İyulun 8-də Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi Cənubi Qafqazda yerləşən Şərq Tərəfdaşlığı ölkələrinə ilk səfəri çərçivəsində Azərbaycana gəlib. 

İyulun 7-dən 9-na qədər qədər Azərbaycan, Ermənistan və Gürcüstanda siyasi dairələr, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə apardığı görüşlərdə cənab Varhelyi yeni qəbul olunan İqtisadi və investisiya planını təqdim edib. Bu plan Şərq Tərəfdaşlığı ölkələrində bərpa, dayanıqlıq və islahatları, eləcə də hər bir ölkə üzrə əsas təşəbbüsləri əhatə edir. O, həmçinin bu ölkələrlə ikitərəfli əlaqələrə dair əsas mövzuları müzakirə edib.

İyulun 7-də cənab Varhelyi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslərlə görüşərək ölkələr arasında bağlantı və COVID-19 pandemiyası ilə mübarizəyə yönəlmiş İqtisadi və investisiya planının icrası ilə bağlı fikir mübadiləsi aparıb.

İyulun 8-də Varhelyi Bakı dəniz limanına baş çəkib. Yüklərin daha asan və sürətli daşınmasında və Transxəzər iqtisadi inteqrasiya üzrə xidmətlərin göstərilməsində dayanıqlı mərkəz rolunu oynayacaq bu limana İqtisadi və investisiya planına daxil olan əsas təşəbbüslərdən biri çərçivəsində dəstək verilməsi nəzərdə tutulub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarının Twitter hesabı