Aİ-nin Azərbaycan, Belarus və Ukraynadakı səfirləri canlı yayımda suallara cavab verəcəklər

07-05-2021
Photo: European Union
Photo: European Union

Mayın 9-da Avropa Günü münasibətilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus və Ukraynadakı Nümayəndəliklərinin rəhbərləri Facebook vasitəsilə bir sıra canlı yayımlar təşkil edəcəklər. 

Canlı yayımlara Mərkəzi Avropa vaxtı ilə saat 14:30-da qoşula bilərsiz. Yayım zamanı Aİ-nin Belarusdakı səfiri Dirk Şuebel, Azərbaycandakı səfiri Kestutis Yankauskas və Aİ-nin Ukraynadakı səfiri Matti Maasikasa suallarınızı ünvanlaya bilərsiniz. 

İştirak pulsuzdur. Feysbuk daxili və xaricində istənilən şəxsin yayıma qoşulması mümkündür.

Avropa Günü haqqında əlavə məlumat əldə etmək üçün #EuropeDay teqindən istifadə edin.

Daha çox öyrən

Mətbuat üçün açıqlama