Aİ dayanıqlı şəhərlər üçün tərəfdaşlıq proqramına layihə qəbuluna başlayıb

19-03-2021
Photo: European Union
Photo: European Union

Avropa Komissiyası Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin yerli hökumət orqanlarını "Dayanıqlı şəhərlər üçün tərəfdaşlıq" üzrə proqramına layihə ilə müraciət etməyə dəvət edir.

Proqramın məqsədi Aİ-yə üzv dövlətlərin yerli hökumət orqanları ilə tərəfdaş ölkələr arasında yaradılmış tərəfdaşlıqlar vasitəsilə şəhərlərin inteqrasiyalı inkişafını təşviq etməkdir. 

Layihələr vasitəsi ilə Avropa İttifaqının yeni siyasi prioritetlərinin, xüsusilə də səmərəli idarəçiliyin təşviqinə, o cümlədən "Yaşıl təşəbbüs", iqtisadi inkişaf, iş yerlərinin açılması və rəqəmsal transformasiya məsələlərinin həllinə töhfə verilməsi nəzərdə tutulur. 

Layihələr şəhərlərin idarə edilməsinin gücləndirilməsinə, sosial inklüzivliyin təmin edilməsinə, dayanıqlığa, yaşıllaşdırılmaya və innovasiyaların yaxşılaşdırılmasına yönəlməlidir. 

Layihələrin son qəbulu tarixi 23 Aprel 2021-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Seçim kriteriyası və müraciət forması