Xəyalpərəst və mübariz: Ülviyyə Babayeva Aİ-nın dəstəyi ilə Azərbaycanın ucqar rayonlarında gender stereotiplərini aşmağa kömək edir

03-03-2020

Ülviyyə Babayeva Azərbaycanın qərbində, Bakıdan 260 km aralıqda yerləşən Bərdə rayonunun ucqar kəndində, cəbhəyanı bölgənin yaxınlığında anadan olub.

Ülviyyə Babayeva Azərbaycanın qərbində, Bakıdan 260 km aralıqda yerləşən Bərdə rayonunun ucqar kəndində, cəbhəyanı bölgənin yaxınlığında anadan olub.

Buradakı həyat heç də asan deyil, insanların yetərincə problem və qayğıları var,
patriarxal ənənələr hələ də güclüdür və inkişaf üçün imkanlar o qədər də çox deyil.

Ülviyyə hələ uşaq yaşlarından doğma rayonunda lider olmaq arzulayırdı, burada yaşayan insanlar üçün nəsə mühüm bir şeylər etmək istəyirdi. Əsasən onu qadınların vəziyyəti, burada kök salan və yerli xanımlara öz potensialını tam şəkildə təqdim etməyə imkan verməyən gender stereotipləri narahat edirdi.

“Arzuma çatmaq üçün hər cür fürsət axtarıram, ilhamımı isə hələ uşaqlıqda özümə verdiyim sözdən alıram”, - Ülviyyə Babayeva belə deyir.

Ali təhsilini rayonuna yaxın ən iri şəhərdə - Gəncədə alaraq və daha sonra İstanbulda davam etdirərək, o, doğma kəndinə qayıdır və hərəkətə keçməyə qərar verir.

“Bəli, mən xəyalpərəstəm. Musiqini, təbiəti, səyahətləri sevirəm. İnsanları xoşbəxt etməyi sevirəm”, - bu sözləri, gülümsəyərək Ülviyyə – zərif və təvəzökar, lakin məqsədlərinə çatmaq üçün yetərincə gücü və qətiyyəti olan gənc xanım deyir.

Təhsil sahəsində ixtisaslaşan beynəlxalq təşkilatın Bərdə nümayəndəliyində işləyərək, Ülviyyə ideyasını gerçəkləşdirmək üçün imkanlar axtarır və Avropa İttifaqının maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti üçün təqaüd proqramı (Eastern Partnership Civil Society Fellowship programme) haqda bilən kimi, dərhal iştirak ərizəsi yazır.

Proqram hər il Şərq Tərəfdaşlığı ölkələrində, həmçinin Azərbaycanda vətəndaş cəmiyyətini təmsil edən iddialı fəallardan 20 qabaqcıl ideya seçir. Hər bir iştirakçı öz ideyasının reallaşdırılması üçün 5 min avroya qədər alır, o şərtlə ki, bu ideya onun ölkəsinə müsbət təcrübə gətirəcək və yaxşılığa doğru dəyişikliklərlə nəticələnəcək. 

Proqram çərçivəsində Ülviyyə Babayeva Bərdə rayonunda qadınlara dəstəyə yönələn kiçik bir layihə həyata keçirməyi bacardı. “Stronger Hand by Hand”, yəni “Əl ələ tutaraq daha da güclüyük” adlandırılan layihə keçən ilin may ayından noyabr ayına qədər reallaşdırılaraq 15 yerli gənc qız və qadınları özünə cəlb etmişdir.

“İstəyirdim, gənc xanımlar özlərinə daha çox dəyər versinlər, onlara gender stereotiplərini aşmağda kömək etmək niyyətindəydim. Biz onlara hüquqlarını müdafiə etməyi öyrətməyə, özlərində güvənc hissini möhkəmləndirməkdə və liderlik bacarıqlarını inkişaf etdirməkdə kömək etməyə çalışdıq, həmçinin onları ölkənin sosial-iqtisadi və siyasi həyatında iştiraka həvəsləndirirdik”, - Ülviyyə deyir.

Bununla yanaşı layihə iştirakçıları kompüter savadı, layihə hazırlamaq və həyata keçirmək sahəsində ilkin biliklər əldə etdilər, onlar fəal vətandaşlıq mövqeyinin nə olduğunu bildilər. Həmçinin onlar üçün “soft skills” ingilis terminiylə adlanan ünsiyyət və komanda işində təməl bacarıqlar dərsləri keçirilirdi. Dərslər Azərbaycan mütəxəssisləri tərəfindən keçirilirdi.

Son mərhələdə isə iştirakçı xanımlar beş qrupa bölündülər və doğma rayonun inkişafı üçün öz kiçik layihələrini həyata keçirərək, əldə etdiyi bilik və bacarıqları müstəqil şəkildə tətbiq etməyə çalışdılar.             

İstiqamətlər müxtəlif idi – gəncləri sağlam həyat tərzinə həvəsləndirməkdən, onları idmana cəlb etməkdən və ekologiyanın müdafiəsindən başlayaraq təhsilin, inkişafın və yerli cəmiyyətdə qabaqcıl ideyaların dəstəyinə qədər. Xanımlar layihələrini həm Bərdənin özündə, həm də ucqar kəndlərdə həyata keçirirdilər.

“Bu təqaüd proqramı mənə sosial fəal, Azərbaycan rayonlarında gender bərabərliyini təşviq edən xanımların sırasını artırmaqda yaxşı fürsət verdi”, - Ülviyyə qeyd edir.

Xəyalpərəst mübariz bununla kifayətlənmək niyyətində deyil. Ən yaxın zamanda cavan xanım daha bir diplom almaq planlaşdırır, bu dəfə - Avropa İttifaqın ölkələrinin birində. Bu, ona peşəkarlığını və inkişaf üfüqlərini genişləndirməyə imkan yaradacaq. Sonra isə Ülviyyə Bərdədə öz QHT-nı açmaq və Aİ ilə gender bərabərliyi üzrə birgə layihələri həyata keçirməyi düşünür.

Onun daha da iddialı bir fikri var – gələcəkdə Bərdədə təhsildə öz innovasiya yanaşmaları ilə fərqlənən, savadlı və qabaqcıl gənclər tərəfindən idarə ediləcək bir universitet təsis etməkdir. Ülviyyə bunun üçün Azərbaycanda yetəncə gənc kadrların mövcudluğuna əmindir.

“İnanıram ki, biliklərimizlə paylaşdıqca, onlar daha da artır. Həyatda hər birimizin müəyyən missiyası var. Öz missiyamı isə təhsil və inkişafa can atan insanlara kömək etməkdə görürəm”, - Ülviyyə belə deyir.

Yelena Ostapenko