Natəvan Bədəlova: Müəllimin təkmilləşməsi üçün heç bir sərhəd yoxdur

08-03-2019

Bakıdan olan ingilis dili müəlliməsi Natəvan Bədəlova – eTwinningPlus Avropa təhsil proqramının fəal iştirakçılarındandır. Azərbaycan bu proqrama 2013-cü ildən qoşulub.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu proqram təcrübə mübadiləsi və vahid onlayn-platforma vasitəsilə ən yaxşı təcrübələr hesabına tərəfdaş-ölkələrin məktəb təhsili sisteminin müasirləşdirilməsinə yönəldilib. Proqramın hər bir iştirakçısı buraya giriş imkanına sahibdir.

Bu platforma Azərbaycandan olan şagirdlərin – nümunə üçün, İspaniya və ya Yunanıstandan olan həmyaşıdları ilə birgə məşğələlər keçməsinə imkan verir. Bu, uşaqların digər xalqların mədəniyyət və adətlərinin, onların həyat şəraitinin öyrənilməsinə daha yaxşı kömək olur.

“Müxtəlif ölkələrdən olan uşaqlar daha aktual və maraqlı olan müəyyən mövzu seçir. Birgə araşdırmalar aparırıq, daha sonra isə uşaqlar öz təqdimatları ilə çıxış edir. Bu zaman uşaqlar digər ölkələrdən olan yoldaşlarına suallar verə, həmçinin onların suallarını cavablandıra bilərlər”, – Natəvan Bədəlova fikirlərinə aydınlıq gətirib. 

“Uşaqlar üçün bu cür canlı interaktiv ünsiyyət çox vacibdir. Onlar ingilis dilində təbii şəkildə ünsiyyət vasitəsilə düşünməyi və xəyal qurmağı öyrənirlər”, – o, sözlərinə əlavə edərək,  layihə çərçivəsində işlək dilin ingilis dili olduğunu bildirir.  

Bu il Natəvanın tədris etdiyi Heydər Əliyev adına liseydə ilk məzun sinifi olacaq. Sinif ilk dəfə olaraq beş il öncə proqrama qoşulub.

Son beş ildə eTwinningPlus proqramına Azərbaycanda 408 məktəb, 996 müəllim qoşulub, 900-dən çox birgə layihələr həyata keçirilib.

eTwinningPlus yalnız şagirdlər üçün deyil, həmçinin müəllimlər üçün də faydalı proqramdır. Müəllimlər beynəlxalq şəbəkə vasitəsilə peşəkar inkişaf kursu keçir, tədris metodlarında yeni bilik və bacarıqlar əldə edir, təlim prosesinə yeni yanaşmaları öyrənir. Bütün bunlar iş prosesindən ayrılmadan mümkündür.

Natəvanın aktiv surətdə istifadə etdiyi yeniliklərdən biri – akademik yanaşmadan tədricən öyrənmə prosesinə keçiddir. Bu zaman diqqət faktların öyrənilməsinə cəmləşir, prosesə yaradıcı yanaşılaraq, uşaqların məlumat əldə edilməsinə motivasiya edir və bundan öz fikirlərini yürütmək imkanı verir.

“Dünya bir yerdə dayanmır, müasir müəllim hər zaman öz üzərində çalışmalıdır, özünü təkmilləşdirməli və zamanla ayaqlaşmalıdır. eTwinningPlus – bu baxımdan yaxşı köməkdir”, - Azərbaycanda proqramın milli səfirlərindən biri Natəvan Bədəlova deyib.

Yelena Ostapenko

Article published in Azerbaijani and Russian by 1news.az.