Azərbaycanın energetikası bazara keçid qarşısında

13-03-2019

Azərbaycanda elektrik enerjisinin bol istehsalı onun nəinki daxili tələbatı ödəməyə, həm də qonşu ölkələrə ixrac etməyə imkan verir.

Dövlət Statistika Komitəsinin sonuncu məlumatlarına görə, 2017-ci ildə ölkədə 24,3 mlrd kVt/s elektrik enerjisi istehsal edilmişdir, bununla belə, daxili istehlak 23,1 mlrd kVt/s, ixrac isə 1,3 mlrd kVt/s  təşkil etmişdir. Azərbaycanda elektrik enerjisinin ən iri istehlakçısı mənzil sektoru olaraq, qalır.   

Lakin yüksək istehsal imkanlarına baxmayaraq, enerjinin ötürmə sistemindəki itkilər heç də az deyil, həmçinin burada zədələr müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, sistem bütövlüklə dövlət subsidiyaların hesabına işləyir, və bu, heç də effektiv model hesab oluna bilməz.

Azərbaycanın elektrik enerjisi sahəsinin daha da dayanaqlı və maliyyə müstəqilliyi dərin islahatlar tələb edir.

Bu istiqamətdə işlər Azərbaycanın təşəbbüsü ilə EU4Energy proqramının çərçivəsində aparılır, hansı ki ölkənin eneji sektorunun islahatlarına dəstək və dayanaqlı enerji siyasətinin formalaşmasına yönəlmişdir. Büdcəsi 21 mln avro olan proqramı Avropa İttifaqı maliyyələşdirilir, və o, 2020-ci ilə qədər nəzərdə tutulub.

EU4Energy proqramı Avropa İttifaqı və tərəfdaş ölkələr arasında qabaqcıl texnologiyalar mübadiləsini əks edir, hansı ki TAIEX – Avropa Komissiyasının texniki kömək və informasiya mübadiləsini proqramı – çərçivəsində aparılır. Bu əməkdaşlıq həmçinin qanunvericiliyin uyğunlaşmasını da nəzərdə tutur.

Bakıda vaxtaşırı ekspertlərin görüşləri keçirilir, məsələn, yanvar ayında Azərbaycanın Energetika Nazirliyi ilə birgə keçirilən energetikaya aidiyyatı olan qurumların mütəxəssisləri üçün üç gunlük seminar keçirilmişdir, hansında ki enerji bazarının islahatı və ümumiyyətlə, elektrik enerjisi sahəsinin yenidənqurulması mövzuları müzakirə olunmuşdur.

Mütəxəssislərin diqqətini vaxtı ikən Avropa ölkələrində bir çox modellərin əsasında rəqabətin tətbiqi məsələsi daha çox cəlb etmişdir.

İslahat nəyə lazımdır?

TAIEX missiyasının eksperti Tom Mayesin (Tom Maes) sözlərinə görə, Azərbaycanın elektrik enerjisi sektorunun islahatı onun işləkliyinə yönələn dövlət subsidiyalarının həcminin azaldılmasına imkanlar acacaq. Bu arada azad olunmuş vəsaitlər isə başqa əsas sahələrin inkişafına yönəldilə bilər.

"Bazar qaydalarının tətbiqi xarici investorları cəlb etməyə imkan verəcək, çünki elektroenergetika sisteminin bütövlüklə modernləşdirilməsi daha çox xərc tələb edir. Ələxsus bu, qərb investorlarının cəlb etməsi üçün vacibdir, hansılar ki azad bazarın qaydalarına çox yaxşı bələdlilər", - Belçikadakı Elektrik enerjisi və qaz bazarlarının tənzimlənməsi üzrə komissiyanın baş məsləhətçisi Tom Mayes belə deyir. 

Onun sözlərinə görə, islahatlar Azərbaycan vətəndaşları üçün xidmətlərin keyfiyətini yüksəldilməsi, yəni, gərginliyin sabitliyinin saxlanılması ilə yanaşı, elektrik enerjisinin dayanmadan verilməsinə gətirib çıxarmalıdır. 

Avropa tərəfdaşlarımızın məsləhətləri

Avropa ölkələrin təcrübəsinə əsaslanaraq, TAIEX-in ekspertləri Azərbaycana istədiyi islahatların məqsəd və vəzifələrini dəqiq müəyyən edilməsini, elektroenergetika bazarının daha məqbul modelinin seçilməsini, keçid dövrünü diqqətlə planlaşdırmağı, mərhələli işləməyi məsləhət görürlər.

Avropalı ekspertlər vəzifələrin bütün zəncir boyu, yəni, istehsal, transmissiya, paylanma və satışın bölünməsi, və onların arasında bazar-müqavilə münasibətlərinin tətbiq edilməsini elektroenergetika sahəsində islahatların vacib elementi hesab edirlər.

"Avropa qanunverciliyinə görə, bazarın yaradılması üçün mütləq şərt elektrik enerjisinin paylanması və satışı ilə məşğul olan tam müstəqil şirkətin mövcudluğudur", - Avstriyada yerləşən Enerji katibliyinin baş hüquqşünası Rozeta Karova belə hesab edir. Onu da qeyd edək ki, Rozeta Karova TAIEX missiyasının üzvü kimi Bakıda səfərdə olmuşdur.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda elektroenergetika sahəsində şaquli-inteqrasiya olunmuş idarəetmə strukturu mövcuddur ki, bu da dövlət inhisarını və rəqabətin yoxluğunu  nəzərdə tutur. Elektrik enerjisinin istehsalı və transmissiyası ilə Azerеnerji dövlət şirkəti, onun paylanması və satışı ilə isə - Azerishiq dövlət şirkəti məşğul olur.

Ekspert Tom Mayes düşünür ki, vəzifələrin bölgüsünü sistemin dövlət nəzarətində saxlanması şəraitində də istisna etmək olmaz. Bu halda istehsal-paylama şəbəkəsinin ayrı-ayrı hissələrinə nəzarət edən hər bir şirkət müxtəlif nazirliklərin tabeçiliyində olmalıdır.

Avropa təcrübəsinə əsaslanaraq, ekspertlər bazara keçidin vacib şərti kimi energetika sahəsində müstəqil tənzimləmə orqanının yaradılmasını göstərir. Azərbaycanda belə bir tənzimləyici 2018-ci ilin dekabrında yaradılmışdır.

"Azərbaycanda tənzimləmə orqanının artıq müəyyən edilməsi, həmçinin ölkədə tənzimləyici haqqında qanunun işlənilməsi islahatların aparılması prosesində çox vacib bir mərhələ hesab olunur", - Rozeta Karova belə deyir.

"Sözügedən tənzimləyici Aİ qanunvericiliyinin tələbləri baxımından müstəqil olmamasına baxmayaraq, bu yenə də, məqbuldur. Ən əsası yeni strukturun vəzifə və səlahiyyətlərini səliqəli müəyyən edilməsidir ki, onun mütləq qərarlar qəbul etmək və tövsiyyələrlə çıxış etmək hüququ olsun", - deyərək o, vurğuladı.

Azərbaycanın EU4Energy layihəsindəki milli eksperti Vaqif Nəsibovun fikrinə görə, ölkədə  yaradılan energetika sahəsində tənzimləyici qurum Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərir, ona görə ki, respublikada müstəqi tənzimləyici funksiyalarını effektiv həyata keçirilməsində hələ ki, lazımi qədər təcrübə mövcud deyil.

"Tənzimləyici haqqında qanun qəbul olandan sonra, yeni orqanın bütün funksiyaları, hüquq və vəzifələri müəyyən olunacaq. İdealda tənzimləyicinin qərarlarına nə hökümət, nə də enerji şirkətləri müdaxilə edə bilməz. Bunu ancaq Ali Məhkəmə edə bilər", - deyə, o bildirdi.

Azərbaycan üçün hansı model daha uyğun ola bilər

Azərbaycanın elektroenergetika sahəsindəki xırdalıqları nəzərə alaraq, TAIEX ekspertləri hesab edirlər ki, ölkəyə Baltikyanı dövlətləri və İrlandiyanın təcrübəsi xeyirli ola bilərdi.

"Azərbaycanın qonşu ölkələrlə əməkdaşlıq etməsinə baxmayaraq, onun müəyyən dərəcədə təcrid olnmuş elektrik enerji sistemi var, və o, elektrik enerjisi istehsalında əsasən öz resurslarına arxalanır. İrlandiya da Avropa İttifaqının başqa üzv-ölkələri ilə sinxronlaşmayıb, və Böyük Britaniya ilə birlikdə o, təcrid olunmuş sistem qismində fəaliyyət göstərir", - bu sözləri Estoniyanın Antiinhisar orqanının baş direktoru, TAIEX missiyasının üzvlərindən biri Mart Ots (Märt Ots) deyir.

Onun məlumatına görə, İrlandiya üçün transformasiya dövründə ən çətin məsələ elektrik sisteminin sinxronlaşdırılmış fəaliyyətinin işlənilməsi və tətbiqi idi, və bu, yalnız onun fərdi resurslarına hesablanmalı idi. Burada ekspert Azərbaycan ilə müəyyən paralel çəkir.

Baltikyanı ölkələr ilə - Estoniya, Latviya və Litva – Azərbaycanı ümumi sovet keçmişi birləşdirir, və buna görə, istehsalın strateji sahələrindəki idarəetmə sistemləri də oxşar idi. Baltikyanı ölkələri bazarın açılması ilə əlaqədar öz əsas vəzifələrini mərhələli islahatlarda görürdülər.

"Biz müvəffəqiyyətlə işləyən bazarı qurmağı, bütövlüklə elektroenergetika sisteminin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltməyi bacardıq, və bununla belə, bütün infrastruktur bu günə qədər dövlətin nəzdindədir. Bu baxımdan, təcrübəmiz Azərbaycan üçün də faydalı ola bilər", - Mart Ots belə deyir.

Rozeta Karova isə hesab edir ki, Azərbaycan üçün Avropa İttifaqının ayrı götürülmüş ölkəsinin spesifik modelindənsə, Aİ-nın bazar liberallaşdırma üzrə qanunvericiliyinin – onun əsaslarından başlayaraq – öyrənilməsi daha da əlverişli ola bilərdi.

Bununla belə o, düşünür ki, Avropa təcrübəsinin öyrənilməsində çox diqqətli olmaq lazımdır, ona görə ki, Aİ ölkələrinin qarşısında duran məqsədlərin heç də hamısı Azərbaycan üçün əlverişli ola bilməz, və yaxud onun üçün hazırki mərhələdə lazım deyil.  

O cümlədən, Avropada öz qeyri-effektivliyini birüzə verən "bir alıcı" modelindən uzaq durmaq, və bunun əvəzinə ikitərəfli – əvvəlcə topdansatış səviyyədə, sonra isə tədricən pərakəndə bazarın açılmasına doğru gedən bazar modellərini inkişaf etdirmək yaxşı olardı.

Azərbaycan hansı risklərlə üzləşə bilər

Azərbaycanın energetika sahəsində 40 ildən çox təcrübəsi olan aparıcı mütəxəssislərindən biri Vaqif Nəsibov belə hesab edir ki, elektrik enerjisi sahəsində açıq bazar münasibətlərinə keçid prosesində hansısa risklərdən danışmaq düzgün olmazdı.

Vaqif Nəsibov deyir ki, Azərbaycan Konstitusiyasının müddəalarından birinə görə, ölkənin iqtisadiyyatı bazar prinsiplərin üzərində qurulmalıdır: "İslahatlardan ehtiyatlanmaq lazım deyil. Onlar özləri ilə risklər gətirmir. Əksinə, risklər bu gün, ölkədə elektroenergetika sektorunun fəaliyyətinin effektiv modeli olmayan bir şəraitdə, daha çox labüddür".

"Təbii sərvətlərin və istehsal güclərinin olduğu halda, keçən il bütün ölkənin iki gün ərzində elektrik enerjisinin təminatında böyük problemlərlə üzləşməsi qəbuledilməzdir", - keçən yay Mingəçevirdə yerləşən "Azərbaycan" istilik elektrik stansiyasının enerji bloklarının birində baş verən böyük qəzanın nəticələrini nəzərdə tutaraq, Vaqif Nəsibov vurğuladı.

Stansiyada baş verən partlayış və sonrakı yanğına görə Bakıya və ölkənin başqa iri şəhərlərinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bu, öz növbəsində, nəqliyyat sistemində böhranlara gətirib çıxardı, işıqların təkrar sönməsi isə insanların metronun tunellərində qalmasına səbəb oldu. Böyük müəssisələrin işinin iki gün ərzində dayandırılması dövlət üçün böyük itkilərlə nəticələndi. 

"Mümkün deyil ki, islahatların düzgün aparılması ilə bazara keçid, son istehlakçılar üçün elektrik enerjisinin qiymətinin artırılmasına gətirib çıxarsın, - Vaqif Nəsibov buna əmindir.

- Ölkəmizə gətirilən yeni texnologiyalar xərcləri, xüsusi yanacaq sərfiyyatını və şəbəkədə itkiləri xeyli azaltmalıdır. Tariflərin qalxması barədə söhbətlərin əsası yoxdur, axı effektiv texnologiyalar elə normadan yüksək xərclərin azaldılmasına yönəlibdir".

Beləliklə, Azərbaycanda elektrik enerjisi bazarının dərin islahatı xarici investisiyaların cəlbinə, bu sektorun dayanaqlığının təminatına, elektroenergetika infrastrukturunun bütövlüklə modernləşdirilməsinə, ehtiyatların effektiv istifadəsinə, təchizatların təhlükəsizliyi və etibarlılığını təmin edilməsinə, tariflərin qalxmasından qorumağa qadirdir.

İdarəetmənin bir modelindən başqasına keçid dövrü orta hesabla 20 ilədək vaxt tələb edə bilər. Və buna nə qədər tez başlasaq, bir o qədər də tez müsbət nəticələr əldə edə bilərik.

Yelena Ostapenko

1news.az