Digər dillərdə oxumaq üçün: English - French - Russian - Arabic - Rumınca - Ermənicə - Belarusian - Gürcücə - Ukraynaca

Avropa Komissiyasının bu internet səhifəsi Şərqi və Cənub Qonşuluq ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna; Əlcəzair, Misir, İsrail, İordaniya, Livan, Liviya, Mərakeş, Fələstin, Suriya və Tunis) Aİ tərəfindən maliyyələşdirilən layihələr və proqramların əyani şəkildə təqdimatı və təşviqi məqsədilə ictimaiyyətin məlumatlara sərbəst çıxışını genişləndirməyə yönəlmişdir. Məqsədimiz bu məlumatları dəqiq şəkildə və vaxtında çatdırmaqdır. Məlumatlarda olan hər hansı səhvlər diqqətimizə çatdırılarsa, düzəltməyə çalışacağıq. Bununla yanaşı, Komissiya bu internet səhifəsində mövcud olan məlumatlar ilə əlaqədar heç bir məsuliyyət və ya öhdəlik daşımır.
Bu məlumat yalnız ümumi xarakter daşıyır və hər hansı bir şəxsin və ya qurumun konkret problemlərini həll etmək üçün nəzərdə tutulmayıb, həmişə hərtərəfli, tam, dəqiq və ya aktual xarakterə malik deyil, bəzən Komissiya xidmətlərinin nəzarəti altında olmayan və Komissiyanın məsuliyyət daşımadığı (Komissiya həmin internet səhifələrində verilmiş peşəkar və ya hüquqi məsləhətlərlə bağlı heç bir məsuliyyət və öhdəlik daşımır) xarici internet səhifələri ilə bağlı ola bilər. Konkret məsələyə dair məsləhətə ehtiyacınız olarsa, müvafiq ixtisaslı peşəkara müraciət etməlisiniz.
 Bu internet səhifəsində mövcud olan hər hansı sənədin rəsmi olaraq qəbul edilmiş mətni tam əks etdirməsinə zəmanət verilmədiyini nəzərə alın. Yalnız Avropa İttifaqının Rəsmi Bülletenində (çap versiyası və ya 1 iyul 2013-cü il tarixindən etibarən, EUR-Lex internet səhifəsindəki elektron nəşri) orijinaldır və hüquqi qüvvəyə malikdir.
Məqsədimiz texniki xətalar səbəbindən internet səhifəsində yaranan fasilələrin sayını azaltmaqdır. Ancaq internet səhifəmizdəki bəzi məlumatlar və ya müəyyən informasiya xətaların mümkün olduğu fayllarda və ya formatlarda yaradılmış və ya qurulmuş ola bilər və xidmətimizdə fasilənin olmayacağına və ya səhifənin bu cür problemlərdən başqa bir şəkildə zərər görməyəcəyinə zəmanət verə bilmərik. Komissiya, bu internet səhifəsinin və ya əlaqəli xarici internet səhifələrinin istifadəsi nəticəsində yaranan bu cür problemlərə görə heç bir məsuliyyət daşımır.
Bu məsuliyyətdən imtinaya dair bəyanat tətbiq olunan milli qanunvericilikdə göstərilən tələblərin pozulması baxımından Komissiyanın məsuliyyətini məhdudlaşdırmaq və ya bu qanunla istisna edilə bilməyən məsələlərə görə onun məsuliyyətini aradan qaldırmaq məqsədi daşımır.
Məxfilik siyasəti
Avropa Komissiyası və onun podratçıları istifadəçinin məxfiliyini qorumağı öz öhdəsinə götürüb. Bu məxfilik siyasəti Avropa İttifaqının .eu domenində fəaliyyət göstərən internet səhifələrinə aiddir. Əlavə məlumat üçün məlumatların qorunması üzrə baş mütəxəssis ilə əlaqə saxlayın: DATA-PROTECTION-OFFICER@ec.europa.eu
Kukilər
1.    Kukilər nədir?
Kukilər, istifadəçinin ziyarət etdiyi internet xidmətləri tərəfindən yaradılan mətn parçalarıdır; bu mətn faylları istifadəçilərin cihazlarında hal-hazırda ziyarət etdikləri internet səhifəsi ("birinci tərəfə aid daimi kukilər") və ya hazırda ziyarət etdikləri internet səhifəsi ("üçüncü tərəfə aid kukilər") ilə əlaqədar başqa bir internet səhifəsi tərəfindən quraşdırıla bilər. 
İnternet səhifəmizin fəaliyyətini asanlaşdırmaq üçün istifadəçilərin razılığı əsasında cihazınıza kuki adlandırılan kiçik məlumat faylları yerləşdirə bilərik. Onlar müəyyən müddət ərzində internet səhifəsindəki fəaliyyətinizi və seçimlərinizi (istifadəçi adı, dil və şriftin ölçüsü və digər ekran seçimləri) yadda saxlamağa imkan verir və bununla da hər dəfə internet səhifəsinə baş çəkərkən və ya bir səhifədən digərinə keçərkən onları yenidən daxil etməyinizə ehtiyac qalmır.

Aşağıdakı 4 növ müxtəlif kukilərdən istifadə edilir:
•    Birinci tərəfə aid daimi kukilər
•    Texniki seansla bağlı kukilər 
•    Üçüncü tərəfə aid kukilər (Google Analytics-ə aid kukilər daxil olmaqla)
•    "Paylaş" düyməsi vidgetindən üçüncü tərəfə aid kukilər
Aşağıda internet səhifəmiz tərəfindən istifadə olunan kukilərin növü və onların məqsədi (bənd 2.), qəbul etmək seçimi (razı olmaq) və ya kukilərin yerləşdirilməsindən imtina (bənd 3.) və kukilərin istifadəsini rədd etməyin mümkünlüyünə (razı olmağı seçmisinizsə) (bənd 4.) dair məlumat görə bilərsiniz.
2.    Kukilərdən necə istifadə edirik?
Bu kampaniya xarakterli internet səhifəsində aşağıdakı növ kukilərdən istifadə edilir: "birinci tərəfə aid daimi kukilər" və "seansla bağlı kukilər".
"Birinci tərəfə aid daimi kukilər" internet səhifəmizin ziyarətçiləri haqqında aşağıdakı məlumatları izləməyə imkan verir:
•    IP ünvan (anonim)
•    Məkan: ölkə, bölgə, şəhər, təxmini enlik və uzunluq (geoməkan)
•    Sorğunun (internet səhifəsinə ziyarətin) tarixi və vaxtı
•    Baxılan səhifənin adı (Səhifənin adı)
•    Baxılan səhifənin URL-si (Səhifənin URL-si)
•    Cari səhifədən əvvəl baxılan səhifənin URL-si (Keçid mənbəyi URL-si)
•    İstifadəçinin cihazında ekranın əksetmə qabiliyyəti
•    Yerli ziyarətçinin saat qurşağındakı vaxt
•    Kliklənmiş və endirilmiş fayllar (Endir)
•    Kliklənmiş xarici domenin linkləri (Göndərilən link)
•    Səhifələrin yaranma vaxtı (internet səhifələrin veb-server tərəfindən yaradıldığı və sonra ziyarətçi tərəfindən yükləndiyi vaxt: Səhifənin sürəti)
•    İstifadə edilən brauzerin əsas dili (Accept-Language başlığı)
•    Brauzerin versiyası, brauzerin qoşmaları (PDF, Flash, Java, ...) əməliyyat sistemi versiyası, cihaz identifikatoru (İstifadəçi agenti başlığı)
•    Ziyarət edilmiş səhifənin dili
•    Kampaniyalar
•    Saytda axtarış
•    Tədbirlər
Toplanmış məlumatlar marketinq, bazarın araşdırılması sahəsində çalışan hər hansı digər təşkilatlarla və ya biznes məqsədlər ilə bağlı paylaşılmır. Bundan əlavə, yuxarıda qeyd edilmiş məlumatlar hər hansı xüsusi ziyarətçini müəyyən etmək üçün istifadə edilmir.
"Birinci tərəfə aid daimi kukilər" bu internet səhifəsi tərəfindən yaradılır və aşağıdakılara imkan verir:
•    internet səhifəsinin düzgün fəaliyyəti;
•    internet səhifəsinin funksionallığını təkmilləşdirmək üçün statistik məlumatların toplanması və bu məqsədlə internet səhifəsi Google Analytics-dən (aşağıda daha çox məlumat verilmişdir) istifadə edir;
•    sosial media ilə paylaşma funksiyaları.
"İlkin tərəfə aid daimi" kukilərin on üç aydan (13) sonra istifadə müddəti bitir və həmin müddətdən sonra istifadəçinin cihazından avtomatik qaydada silinir.
"Texniki seans" ilə bağlı kukilər hər hansı məlumatdan ibarət deyil, istifadəçinin seansı (internet səhifəsində keçirilən vaxt) müddətində yerləşdirilir. Bu kukilər internet səhifəsinə daxil olduqda ziyarətçinin seçimlərini saxlamaq üçün lazımdır. Ziyarətçi internet səhifəsini tərk etdiyi zaman seans ilə bağlı kuki silinir.  
"Üçüncü tərəflərə aid kukilər" (Google Analytics kukiləri daxil olmaqla) haqqında aşağıdakı 6-cı bölmədə ətraflı məlumat verilmişdir.
"Paylaş" düyməsi vidgetindən "Üçüncü tərəflərə aid kukilər" istifadəçilərin sosial mediada məzmun paylaşmasına icazə vermək üçün kompüterə yerləşdirilir (istifadəçi razı olduqda)
İnternet səhifəmizdə olduğunuz zaman sosial media hesablarımıza linklərin göstərilməsi üzrə kukilər quraşdırmır.
3.    Razılıq
İnternet səhifəsinə ilk dəfə daxil olduqda, internet səhifə ziyarətçisinə kukilərin yerləşdirilməsini qəbul etmək ("Yaxşı, razıyam") və ya imtina etmək ("Kukilərdən imtina") seçimləri verilir.

Kukilərin qəbul edilməsi: Bu seçimə klikləyərək ziyarətçi aşağıdakı məqsədlər üçün bütün kukilərin yerləşdirilməsinə razılıq verir:
•    İnternet səhifəsinin uyğun şəkildə fəaliyyəti
•    Sosial media ilə paylaşma funksiyası
•    Statistik məlumatların toplanması
Kukilərdən imtina: Bu seçimə klikləməklə ziyarətçi yuxarıda adı çəkilən kukilərin heç birinin yerləşdirilməsinə razılıq vermir. Bu halda, yalnız seans kukisi yerləşdirilir; bu texniki kukidir və əsas məqsədi ziyarətçilərin seçimlərini yadda saxlamaqdır. Bu kuki istifadəçi seansı müddətində yerləşdirilir (internet səhifəsində keçirilən vaxt) və adı çəkilən seans müddəti bitdikdə avtomatik olaraq silinir. Kukilərin qəbulundan imtina internet səhifəsində naviqasiya təcrübənizə mane olmur.
Heç bir seçim edilməyib: Ziyarətçi kukiləri qəbul və ya rədd etmirsə, internet səhifəsi bunu kukilərin yerləşdirilməsindən imtina kimi qəbul edir və seçim edilənə qədər bütün əlaqəli funksiyalar dayandırılır. "Yaxşı, razıyam" seçiminə klikləyərək razılıq verilmədiyi təqdirdə, ziyarətçilərin cihazlarında heç bir kuki yerləşdirilməməlidir.
4.    İmtina
Ziyarətçi kukilərin yerləşdirilməsinə razı olduğu halda, istənilən vaxt bu qərarı dəyişmək və imtina etmək mümkündür. İmtina etmək üçün ziyarətçi brauzerlərindəki bütün kukiləri silməlidir. Ancaq belə etsəniz, hər dəfə hər hansı internet səhifəsini ziyarət etdikdə bəzi seçimləri əl ilə tənzimləməli olacaqsınız və bəzi xidmətlər və funksiyalar işləməyə bilər. 
Müxtəlif brauzerlərdə kukilərin təzimlənməsi haqqında öyrənmək üçün aşağıdakı səhifəyə baş çəkin: https://www.aboutcookies.org/
5.    İzlənməmi istəmirəm
"İzlənməmi istəmirəm" ziyarətçilərin analitik xidmətlər, reklam şəbəkələri və sosial platformalardan istifadə daxil olmaqla, hər hansı bir məqsədlə internet səhifələri tərəfindən izlənilməməsini təmin edən texnologiyadır. "İzlənməmi istəmirəm" funksiyasını birbaşa veb brauzerinizdə aktivləşdirə bilərsiniz. Google Analytics, veb brauzerində bu funksiyanı aktivləşdirən istifadəçiləri izləmir.
6.    Google Analytics
İnternet səhifəsi yuxarıda adı çəkilən ziyarətçilərin məlumatını izləmək üçün Google Analytics-dən istifadə edir. Bu məqsədlə yuxarıda sadalanan toplanmış məlumatlar Google İnc. şirkətinə ötürülür. Google İnc. şirkətinə ötürülməzdən əvvəl, ziyarətçilərin İP ünvanları internet səhifəsi tərəfindən anonimləşdirilir; bununla internet səhifəsinin tam funksionallığını seçən ziyarətçilərin anonimliyi qorunur. 
Google Aİ-ABŞ məxfiliyin qorunmasına dair çərçivə sazişinin (EU-US Privacy Shield Framework) tələblərinə əməl edir və bu sertifikatlaşdırma haqqında daha ətraflı məlumatı buradan öyrənmək etmək olar.
Buna əlavə olaraq Google, habelə Google İnc. və Google Analytics daxil olmaqla, ona məxsus ABŞ-da yerləşən törəmə şirkətlər məxfiliyin qorunmasına dair proqramın müvafiq prinsiplərinə əməl etdiklərini təsdiq etmişdir.
Google-un məxfilik siyasəti haqqında daha ətraflı məlumatı buradan öyrənə bilərsiniz. 
Aİ-ABŞ məxfiliyin qorunmasına dair çərçivə sazişi haqqında daha ətraflı məlumatı bu səhifədən öyrənə bilərsiniz.
Google Analytics məlumatların saxlanmasına nəzarət funksiyasını işə salmışdır. Bu funksiya internet sahiblərinə Google Analytics hesabı daxilində saxlanılan məlumatların saxlanma müddətini təyin etmək imkanı yaradır. Təyin edilmiş saxlanma müddəti 26 aydır; bu müddətdən sonra istənilən məlumatlar Google serverlərindən silinir.